“Real”ın 3 zədəlisi sıraya döndü
13.09.2024 , 10:35
“Real”ın 3 zədəli futbolçusu sıraya dönüb.
Korner.az xəbər verir ki, söhbət Cud Bellingem, Orelyen Tçuameni və müdafiəçi Eder Militaodan gedir.
Zədəsini sağaldan oyunçular artıq komanda ilə məşqlərə başlayıb.
Onlar “Real Sosyedad”a qarşı keçiriləcək matçda meydanda ola bilərlər.