“Real” (Madrid) klubunun futbolçusu Marselo zədələnib.
Korner.az-ın məlumatına görə, La Liqanın 23-cü turunda “Qranada”ya qarşı oyunda xəsarət alan braziliyalı müdafiəçinin çiyin oynağının çıxdığı iddia olunur.
Dəqiq diaqnoz isə tibbi müayinədən sonra olacaq. Müdafiəçinin fevralın 17-si “Roma”ya qarşı oynaya bilməyəcəyi dəqiqdi.
