“Real”ın aparıcı futbolçusu Luka Modriç sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, Xorvatiya millisinin yarımmüdafiəçisi “Avro-2016″nın seçmə mərhələsində İtaliyaya qarşı matçda (1:1) zədələnib. Onun ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, L.Modriç cari mövsümdə “Real”da 17 matçda oynayıb.
