Madrid “Real”ının sabiq kapitanı Fernando Yerro baş məşqçiliyə başlayır.
Korner.az-ın məlumatına görə, o, İspaniya Sequndasında çıxış edən “Ovyedo”nu çalışdıracaq.
Yerro buna qədər “Real”da Karlo Ançelottinin köməkçisi, “Malaqa”da idman direktoru postunda və İspaniya millisində işləyib.
“Ovyedo” ötən mövsüm Sequndada 9-cu yeri tutub.
