“Real” (Madrid) klubunun əfsanəsi olmuş Alfredo di Stefano ürəyindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.
Korner.az-ın məlumatına görə, hazırda o, süni koma vəziyyətindədir.
88 yaşlı di Stefanonun səhhəti iyulun 5-dən 6-na keçən gecə pisləşib.
Onun olduğu klinikaya gedən “Real”ın prezidenti Floretino Peres di Stefanonun durumundan narahat olduqlarını bildirib:
“Real” ailəsi olaraq, Alfredo di Stefanoya tezliklə sağalmağı arzulayırıq”.
