“Oyunumuzdan razıyıq, ancaq “Real”ı hələ finalda hesab etmək olmaz”.
Korner.az-ın məlumatına görə, bu sözlər “Real”ın baş məşqçisi Zinəddin Zidana məxsusdur.
“Kral klubu” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Atletiko”nu 3:0 hesabı ilə məğlub edib. Matçdan sonra açıqlamada verən fransalı mütəxəssis fikirlərin belə izah edib:
“Qol vurduq, əsas məsələ odur ki, qol buraxmadıq. Buna baxmayaraq, qarşıda bir oyunumuz var. Daha diqqətli olmalıyıq. Ən möhtəşəm məqam Ronaldo ilə bağlıdır. O, həmişə lazım olan vaxt lazım olan yerdə olmağı bacarır. Məncə, Ronaldo vəzifəsinin öhdəsindən gəldi və bənzərsizdi. Bizim üçün çox önəmli oyunçudu, əgər növbəti oyunlarda özünü yorğun hiss etsə, istirahət verə bilərəm”.
