“Real”dan “Yuventus”a?
10.04.2025 , 15:30

“Real”ın müdafiəçisi Fran Qarsiya klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İtaliyada davam etdirməyə yaxındır.
İspaniyalı oyunçunun xidmətində “Yuventus”un maraqlı olduğu bildirilir.
İtaliya nəhəngi Qarsiya üçün 20-25 milyon avro ödəməyə hazırdır.
Tərəflər razılığa gələrsə, 25 yaşlı yarımmüdafiəçinin keçidinin yayda baş tutacağı gözlənilir.
