“Real”dan xal itkisi
04.01.2019 , 10:05

“Real” İspaniya La Liqasında növbəti oyununu keçirib.
Madrid klubu 17-ci turda səfərdə “Vilyarreal”la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
“Vilyarreal” – “Real” – 2:2
Qollar: Kasorla, 4 (1:0), Benzema, 7 (1:1),Varan, 20 (1:2), Kasorla, 82 (2:2)
17 turdan sonra turnir cədvəlinə 37 xalla “Barselona” başçılıq edir. “Atletiko” 34 xalla 2-ci, “Sevilya” 32 xalla 3-cüdür. “Real” isə 30 xalla 4-cü pillədə qərarlaşıb.
