“Real”dan səfər qələbəsi
28.01.2019 , 09:36

İspaniya La Liqasında 21-ci turun oyunları davam edir. Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Real” səfərdə “Espanyol”un qonağı olub. Kifayət qədər məhsuldar alınan matçda “kral klubu” rəqibini 4:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarının sayını 39-a yüksəldən “Real” 3-cü pillədəki yerini qoruyub. Madrid təmsilçisini hazırda lider “Barselona”dan 10, 2-ci sıradakı “Atletiko”dan isə 5 xal ayırır.
Qeyd edək ki, La Liqada 21-ci tur sabah başa çatacaq.
İspaniya La Liqası, 21-ci tur
27 yanvar
“Espanyol” – “Real”- 2:4
Qollar: K. Benzema, 4 (0:1), S. Ramos, 15 (0:2), L. Baptistao, 25 (1:2), K. Benzema, 45 (1:3), Q. Beyl, 67 (1:4), R. Rosales, 81 (2:4)
