Ronaldo “Real” rəhbərliyi tərəfindən cəzalanacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun klubla yeni müqaviləni imzaladığı tədbirə eynək taxaraq gəlməsidi.
Məsələ bundadı ki, “Real” Madridin “Adidas” firmasıyla sponsorluq müqaviləsi var və bu klubun bütün tədbirlərində futbolçular firmanın istehsal etdiyi məhsullarla gəlməlidilər. Eyni zamanda Ronaldonun “Adidas”a rəqib olan “Nike” firmasıyla şəxsi anlaşması mövcuddu. İmzalama mərasiminə də Ronaldo məhz “Nike” firmasının emblemi həkk olunan gözluklə gəlib.
Bu səbəbdən müqavilə şərtlərini pozan Ronaldoya tezliklə pul cəzası veriləcək.
