Madrid “Real”ı əsas ulduzları Kriştiano Ronaldo və Qaret Beylə yeni müqavilə təklif etməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, bu barədə AS dərgisi xəbər yayıb.
“Kral klubu” Ronaldo və Beyli müqaviləsinə 2 və 3 (müvafiq olaraq) il qalmasına baxmayaraq, daha yaxşı şərtlərlə yeni saziş təklif etməyi düşünür. Müqavilə hər iki futbolçu üçün 2021-ci ilə qədər nəzərdə tutulub.
