“Real”dan qələbə, “Bavariya” məğlub oldu
07.04.2022 , 01:10

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, “Çelsi” Londonda Madrid “Real”ını qəbul edib. Oyun Madrid təmsilçisinin qələbəsi ilə bitib – 1:3.
Gecənin digər matçında Münhen “Bavariya”sə İspaniyada “Vilyarreal”ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsiylə bitib – 1:0.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
6 aprel
23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 1:3
Qollar: Haverts, 40 – Benzema, 21, 24, 40
Baş hakim: Kleman Türpen (Fransa)
23:00. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:0
Qol: Danjuma, 8
Baş hakim: Entoni Teylor (İngiltərə)
