“Real”dan qələbə
04.01.2023 , 10:47
İspaniya kubokunun 1/16 finalında “Real” “Kasereno”nu məğlub edib (1:0).
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun Kaseres şəhərindəki “Prinsipe Felipe” stadionunda keçirilib.
Görüşdə yeganə qolu 69-cu dəqiqədə braziliyalı hücumçu Rodriqo vurub.
“Real”ın 1/8 final mərhələsindəki rəqibi püşkatma nəticəsində məlum olacaq.
