“Real”dan PSJ-yə?
19.02.2025 , 22:57

“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Fransada davam etdirməyə yaxındır.
22 yaşlı oyunçunun xidmətində PSJ maraqlıdır.
Paris təmsilçisi futnolçu üçün La Liqa nəhənginə 80 milyon avro ödəməyə hazırdır.
Fransa nəhəngi yarımmüdafiə xəttini məhz onunla gücləndirməyi planlaşdırır.
Cari mövsümdə 19 matça çıxan Eduardo 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
