“Real”dan Mikki van de Ven üçün 50 milyonluq plan
16.12.2025 , 16:21
“Tottenhem”in və Niderland millisinin müdafiəçisi Mikki van de Ven karyerasını Avropanın aparıcı klublarından birində davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Real” klubu 24 yaşlı futbolçunu transfer siyahısına daxil edib.
Bildirilir ki, van de Ven keçidə razılıq verəcəyi təqdirdə, “kral klubu” onun üçün 50 milyon avro ödəməyə hazırdır. Niderlandlı müdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 15 matça çıxan van de Ven 3 qolla yadda qalıb.