“Real”dan “Mançester Siti”yə?
11.03.2025 , 22:00

“Real”ın futbolçusu Eduardo Kamavinqa Madrid klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçunun xidmətində “Mançester Siti”nin maraqlı olduğu iddia olunur.
Premyer Liqa təmsilçisi 22 yaşlı fransalı yarımmüdafiəçi üçün yayda təklif göndərməyi planlaşdırır.
Futbolçu bu mövsüm “Real”ın forması ilə 25 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürməyə imza atıb.
