“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne karyerasını İspaniyada davam etdirə bilər. Kevinin xidmətində “Real” maraqlıdı. Madrid klubu belçikalı futbolçu üçün “Mançester Siti”yə 200 milyon avro ödəməyə hazırdı.
Məlumata görə, Bruynenin alınması ideyası “Real”ın prezidenti Florentino Peresə məxsusdu. Futbolçunun “Real”ın düşərgəsində olmasını məhz o istəyir.
“Mançester Siti”nin bu təklifə necə münasibət göstərdiyi barədə məlumat verilmir.
