“Real”dan “Liverpul”a?
17.02.2025 , 12:49

“Real”ın hücumameyilli yarımmüdafiəçisi Brahim Dias İngiltərə klubuna keçə bilər.
Korner.az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Liverpul” maraqlıdır.
Vingerin klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
Brahim Dias bu mövsüm La Liqada 19 oyununda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
