“Real”dan “Liverpul”a?
02.03.2026 , 22:00
“Real”ın hücumçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, ”Liverpul” braziliyalı vingerin transferini planlaşdırır.
“Qırmızılar” Rodriqonu Məhəmməd Salahın əvəzləyicisi kimi görür. Eyni zamanda, “İnter”, ”Əl-Hilal”, ”Arsenal” ”Çelsi” və ”Tottenhem” də 25 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Braziliya millisinin üzvü cari mövsümdə 26 rəsmi oyunda iştirak edib, 3 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.