İspaniya La Liqasında 5-ci turun oyunları davam edir. Ötən gün daha 5 oyun keçirilib.
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” səfərdə “Atletik”ə 2:1 hesabı ilə qalib gəlib.
“Real” gözlənilmədən öz meydanında “Betis”ə uduzub – 0:1.
“Sevilya” isə doğma meydanda “Las Palmas”dan üstün olub – 1:0.
20 sentyabr
İspaniya La Liqası, 5-ci tur
“Atletik” – “Atletiko” – 1:2
Qollar: Korrea, 55 (0:1), Karrasko, 73 (0:2), Qarsia, 90+2 (1:2)
“Leqanes” – “Jirona” – 0:0
“Deportivo” – “Alaves” – 1:0
Qol: Lusinyo, 45+1
“Real” – “Betis” – 0:1
Qol: Sanabria, 90+4
“Sevilya” – “Las Palmas” – 1:0
Qol: Navas, 83
