“Real”dan getdi
31.05.2025 , 14:59

“Real” futbolçusu Xesus Valyexo ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı müdafiəçinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, Valyexo 2015-ci ildən “Real”da forma geyinirdi.
