“Real”dan darmadağın – Video
05.01.2026 , 10:30
İspaniya La Liqasında XVIII turun oyunları davam edir.
Korner.az xəbər verir ki, Madrid “Real”ı doğma stadionunda “Betis” üzərində inamlı qələbə qazanıb.
“Kral klubu” rəqibini 5:1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra “Real” 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Betis” isə 28 xalla 6-cı yerdədir.
“Real” – “Betis” 5:1
Qollar: Q. Qarsiya (20, 50, 82), R. Asensio (56), F. Qarsiya (90+3) – Ç. Hernandes (66)