“Real”dan daha bir transfer – rəsmi
13.06.2019 , 11:18

İspaniyanın “Real” klubu növbəti transferini həyata keçirib.
Korner.az-ın məlumatına görə, Madrid təmsilçisi “Lion”un müdafiəçisi Ferlan Mendini heyətinə cəlb edib. 48 milyon qarşılığında heyətə cəlb edilən 24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mendi ötən mövsüm “Lion”da 44 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.
