“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 26 yaşlı argentinalı üçün Madrid “Real”ı 95 milyon avro təklif göndərmək niyyətindədir. Ayrılmaq ehtimalı olan Benzemanın əvəzinə futbolçu axtarışında olan “kral” klubu Aquerodan əl çəkmək istəmir.
Qeyd edək ki, Aquero bu mövsüm “Mançester Siti”nin heyətində çıxdığı 32 matçda 23 qol və 7 asistlə yadda qalıb.
