“Real”dan “Bavariya”ya
22.01.2020 , 19:21

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi “Real”dan Alvaro Odriosolanı heyətinə qatıb. Müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Bavariya”da çıxış edəcək.
Futbolçu 2018-ci ildə “Real Sosyedad”dan “Real”a keçmişdi.
