“Real”dan ayrılmağı düşünür
12.02.2026 , 09:30
İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnold “Real”da oynamağa davam edib-etməmək məsələsini nəzərdən keçirir.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa ilə gərgin münasibətlərdən narazıdır.
Bu barədə xarici KİV məlumat yayıb. Aleksander-Arnold etimadın azlığını və digər oyunçuların üstün tutulmasını problem hesab edir.
İngiltərəli müdafiəçi yayda “Liverpul”dan “Real”a transfer olunub və müqaviləsi 2031-ci ilin iyununa qədərdir.