“Real”dan ayrılır, bu kluba keçir
06.12.2024 , 19:46
“Real”ın futbolçusu Fran Qarsiya klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
İspaniyalı müdafiəçinin xidmətində “Bornmut” maraqlıdır.
Premyer Liqa klubu 25 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmağa çalışacaq.