“Real”dan Arda Güler qərarı
29.07.2024 , 11:15

“Real” gənc oyunçusu Arda Gülerin gələcəyi ilə bağlı təəccüblü qərar verib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi futbolçunu hər hansısa kluba icarəyə verməyi düşünmür.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Buna səbəb, klub Ardanı əsas oyunçu kimi görür və ona gələn təklifləri dəyərləndirmək fikrində deyil.
“Real”ın heyətində 12 matçda forma geyinən Arda Güler 6 dəfə qol sevinci yaşayıb.
Mina Musayeva
