İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) “Monako”nun futbolçusu Kilian Mbappenin xidmətində maraqlıdı.
Korner.az-ın məlumatına görə, bu haqda “Leuqipe” xəbər yayıb.
Bildirilir ki, “kral klubu” 18 yaşlı oyunçu üçün 100 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, oyunçunun Fransa təmsilçisiylə 2019-cu ilə qədər müqaviləsi var.
Xatırladaq ki, bu mövsüm Mbappe Fransa 1-ci Liqasında “Monako” forması ilə 24 oyuna 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
