“Real”da yeni müqavilə – Rəsmi
02.11.2023 , 17:43

“Real”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi futbolçusu Rodriqo Qoes ilə sözləşməsini uzadıb.
Bu barədə klubun saytı məlumat yayıb. Tərəflər arasında 2028-ci ilə qədər yeni müqavilə imzalanıb.
