“Real” futbolçusu Qaret Beyllə yeni müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər.
Yaxın vaxtlarda Madrid klubu uelsli yarımmüdafiəçisi ilə 5 illik müqavilə bağlayacaq. Hazırda qüvvədə olan müqavilənin müddəti 2019-cu ildə başa çatır. “Real” Beylin illik gəlirini artıracaq.
Bundan sonra onun gəliri yalnız Kriştiano Ronaldodan geri qalacaq. Məbləğ açıqlanma da, ehtimal edilir ki, bu rəqəm 10 milyon avrodan çox olacaq. Çünki hazırda “Real”da Ronaldodan sonra ən qazanan futbolçu – Serxio Ramosun illik gəliri məhz bu qədər təşkil edir.
