“Real”da yeni müqavilə
31.10.2023 , 19:17

“Real”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi futbolçusu Vinisius Junior ilə sözləşməni uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər artırılıb.
