“Real”da yeni hücumçu – Rəsmi
19.06.2023 , 14:33

“Real” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi “Espanyol”dan Xoselunu icarəyə götürüb.
Klubun yaydığı məlumata görə, 33 yaşlı hücumçu 2024-cü ilin yayına qədər “Real”da çıxış edəcək.
Xoselu ötən mövsüm “Espanyol”la La Liqada 34 oyunda 16 qol vurub.
