“Real”da şok itki
17.02.2026 , 21:30
“Real”ın yarımmüdafiəçisi Cud Bellingemin bud əzələsi zədələnib.
Korner.az xəbər verir ki, futbolçu hazırda bərpa prosesi ilə məşğuldur.
İngiltərəli oyunçunun 6-7 həftə ərzində komandaya kömək edə bilməyəcəyi gözlənilir.
Məlum olub ki, Bellingemin zədəsi düşünüləndən daha ciddidir.
Xatırlada ki, futbolçu fevralın 1-də “Rayo Valyekano” ilə oyunda xəsarət alıb və yalnız 10-cu dəqiqədə meydanı tərk edib.
Qeyd edək ki, Bellingem 2023-cü ilin yayında “Borussiya”dan “Real”a transfer olunub.