“Real”da şok itki: “El Klasiko”nu buraxacaq
06.12.2019 , 18:00

“Real”ın futbolçusu Eden Hazard sıradan çıxıb.
Korner.az xəbər verir ki, belçikalı futbolçu sağ ayağından zədələnib.
Onun 6-8 həftə oynamayacağı gözlənilir. Buna gördə futbolçunun “Barselona” ilə matçda iştirak etməyəcəyi bildirilir.
“Barselona” – “Real” matçı dekabrın 18-də keçiriləcək.
