“Real”da Kurtua şoku
09.03.2020 , 19:25

“Real” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua sıradan çıxıb.
Belçikalı qolkiper La Liqanın XXVII turunda “Betis”lə (1:2) səfər matçında zədələnib.
Qasıq nahiyəsindən xəsarət alan qolkiper bir neçmə matçda komandaya kömək edə bilməyəcək.
