“Real”da Kavani əks sədası
25.07.2018 , 17:24

Madridin “Real” klubu Ronaldonu göndərdikdən sonra komandasını gücləndirməkdə davam edir
İngiltərə mətbuatının yaydığı məlumata görə, PSJ klubunun 31 yaşlı futbolçusu Edinson Kavani ağ-qaralara transfer ola bilər. Məlumatda bildirilir ki, Kavani də bu transferə müsbət yanaşır.
Qeyd edək ki, 2020-ci ilə qədər müqavilə müddəti olan Kavani meydana çıxdığı 48 oyunda 40 qola imza atıb.
