“Real”da daha bir itki
23.10.2024 , 23:42

“Real”ın daha bir oyunçusu sıradan çıxıb.
Korner.az xəbər verir ki, söhbət Rodriqo Qoesdən gedir.
23 yaşlı hücumçu Dortmund “Borussiya”sı ilə matçda sıradan çıxıb.
Kurtuadan sonra o da “Barselona” ilə oyunu buraxacaq.
“Real” – “Barselona” matçı oktyabrın 26-sı “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
