“Real”da ciddi itkilər
01.12.2020 , 10:36

Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə “Şaxtyor”la (Donetsk) qarşılaşacaq “Real” klubu Ukraynaya ciddi itkilərlə yollanıb.
Madrid təmsilçisində Serxio Ramos, Alvaro Odriosola, Eden Azar, Federiko Valverde, Dani Karvahal və Luka Yoviç matçı buraxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 6 futbolçu da oyunun iştirak ərizəsinə salınmayıb.
Bu axşam keçiriləcək “Şaxtyor” – “Real” matçına saat 21:55-də start veriləcək.
