“Real”da ciddi itkilər: “Arsenal”la matçı buraxacaqlar
07.04.2025 , 17:30

“Real”ın 6 futbolçusu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la ilk oyununu buraxacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Söhbət Andrey Lunin, Dani Karvahal, Dani Sebalyos, Ferlan Mendi və Eder Militaodan gedir.
Adıçəkilən oyunçuların hər biri zədəlidir.
Orelyen Çuameni isə cəzalı olduğu üçün sabahkı görüşü buraxacaq.
Aprelin 8-də keçiriləcək “Arsenal” – “Real” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
