Madridin “Real” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın müdafiəçisi Daniel Karvahal zədələnib.
Bud əzələsindən zədə alan ispaniyalı müdafiəçinin 1 aya yaxın meydana çıxa bilməyəcəyi gözlənilir.
Onun Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 15-də “Napoli” ilə keçiriləcək oyunda iştirakı da sual altındadır.
