“Real”da ciddi itki
02.10.2019 , 16:50

“Real” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Naço zədələnib.
Çempionlar Liqasının qrup mərhələsinin “Real”–“Brügge”oyununda (2:2) zədələnən Naço, 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.
