“Real”da ciddi itki
17.01.2025 , 21:30

“Real” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, futbolçunun bud nahiyəsində zədə aşkarlandığı bildirilib.
Fransalı oyunçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
