“Real”da ciddi itki
31.07.2023 , 22:26

“Real” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Ferlan Mendi sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə zədələnən futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
