"Real"ın müdafiəçisi Serxio Ramos çiynindən aldığı zədəyə görə əməliyyat olunacaq.
Korner.az-ın məlumatına görə, Madrid klubunun kapitanı ən azı 3-4 həftə oynamayacaq.
Ancaq mümkündü ki, Ramos 2015-ci ilin sonuna kimi meydana çıxmasın.
"Marca"ın məlumatında bildirilir ki, Ramos sentyabrın ortasından çiyin ağrılarından əziyyət çəkir. Son altı matçda o, iynə vurularaq meydana buraxılıb. Bu oyunlarda onun vəziyyəti daha da ağırlaşıb.
