“Real”da birdən-birə iki ciddi itki
07.03.2019 , 19:28

Madridin “Real” klubunun başı üzərindəki qara buludlar çəkilmək bilmir.
“Ayaks” ilə görüşün ilk hissəsində zədələnərək oyunu yarımçıq tərk edən Lukas Vaskez 2 həftəlik sıradan çıxıb. Bundan başqa “kral klubu”nun cinah müdafiəçisi Dani Karvalhalda 3 həftə müddətində yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, ötən gün Junior Vinisusun zədəsinin ciddi olduğu və 2 ay ərzində futbol oynaya bilməyəcəyi bildirilib.
