“Real”ın futbolçusu Pepe zədəsini sağaldıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı müdafiəçi artıq məşqlərə başlayıb. Onun Çempionlar Liqasında oktyabrın 1-i keçiriləcək “Lodoqorets”lə matçdan meydanda olacağı gözlənilir.
Qeyd edək ki, Pepe La Liqada “Vilyareal”la oyunda zədələnib. Bu səbəbdən o, bir müddətdir ki, komandasına kömək edə bilmir.
