“Real” Madridin futbolçusu Luka Modriç zədəsini sağaldıb.
Korner.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının üçüncü turunda PSJ-yə qarşı keçiriləcək matçda oynamağa hazırdır.
Baş məşqçi Rafael Benites şans verəcəyi təqdirdə, o, sözügedən oyunda meydanda olacaq.
Qeyd edək ki, PSJ – “Real” görüşü sabah keçiriləcək.
