“Real”a məğlub oldu, istefaya göndərildi
03.04.2023 , 19:31

“Valyadolid” baş məşqçisi Xose Roxo Martini (Paçeta) istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Komandanın dünən La Liqada “Real”a 0:6 hesablı məğlubiyyətindən sonra bu qərar verilib.
Xose Martin 2021-ci ildən “Valyadolid”ə rəhbərlik edirdi.
