“Real”a Kurtuadan şad xəbər
03.05.2024 , 22:26

“Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua meydanlara qayıdır.
Korner.az xəbər veriri ki, bununla bağlı komandanın baş məşqçisi Karlo Ançelotti açıqlamasında bildirib.
Mütəxəssis Kurtuanın “Kadis”lə görüşdə oynayacağını deyib:
“Kurtuanın vəziyyəti yaxşıdır. “Militaonun dönüşü kimi, bu da bizim üçün çox yaxşı xəbər idi. Onun qayıtmasına hamımız şadıq. Onu “Kadis”ə qarşı keçirilən matçda meydanda görəcəyik”.
